"Fənərbaxça"nın 4 futbolçusu koronavirusa yoluxdu

18:10 - 26 Yanvar 2022

Türkiyənin "Fənərbaxça" klubunun 4 futbolçusu koronavirusa yoluxub.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin 4 futbolçusunun COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Koronavirusa yoluxan oyunçuların adları açıqlanmayıb. Həmin futbolçular karantinə alınıb və komanda ilə birlikdə Antalyada baş tutacaq təlim-məşq toplanşında iştirak etməyəcəklər.

Xəbər xətti