"Barselona" forması geyinmiş futbolçu "Neftçi"nin maraq dairəsində

19:09 - 28 Yanvar 2022

“Yagelloniya”ya məxsus olan “Sabah”da icarə əsasında çıxış edən Xuan Kamaranın yaydan sonra karyerasını Masazır klubunda davam etdirib-etdirməyəcəyi dəqiq deyil.

Sportal.az saytının məlumatına görə, ispaniyalı futbolçu Azərbaycan Premyer Liqasında çıxış edən daha bir klubun maraq dairəsindədi.

Etibarlı mənbədən verilən məlumata görə, ispaniyalı futbolçu “Neftçi”nin transfer siyahısında yer alıb. Onun mövsüm başa çatdıqdan sonra, yeni mövsümlə bağlı hansı qərarı verəcəyi hələ bəlli deyil.

​27 yaşlı vinger “Vilyareal” B, “Barselona”, “Jirona”, “Reus”, “Miedz”, “Dinamo”(Buxarest), “Universitetya Krayova” klublarında çıxış edib. O, 2019-cu ildən müqavilə ilə “Yagelloniya”ya məxsusdu.

Xəbər xətti