"Qarabağ" - "Neftçi" matçı 5 manata

11:42 - 19 May 2022

Mayın 21-i Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasına bilet satışı davam edir.

 

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

 

Biletləri Iticket.az-dan və “Park Bulvar”da yerləşən "Qarabağ" Fan-Şopundan ala bilərsiniz. Oyun günü isə biletlər yalnız "Azersun Arena"da satılacaq.

 

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Xəbər xətti