"Real"dan fransalı yarımmüdafiəçi üçün 80 milyon avroluq təklif

19:54 - 24 May 2022

"Real" mövsümlərarası fasilədə heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.


Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Monako"nun yarımmüdafiəçisi Orelyen Tçomenenin xidmətində maraqlıdır. Fransa mətbuatının yazdığına görə, "kral klubu" 22 yaşlı futbolçu üçün "knyazlıq" təmsilçisinə 80 milyon avroluq təklif göndərəcək .


Fransalı yarımmüdafiəçi özü də "Real"a keçmək istəyir. La Liqa çempionu gənc futbolçu ilə 5 illik müqavilə imzalayacaq.


 Orelyen Tçomene cari mövsümdə "Monako"nun heyətində meydana çıxdığı 50 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti