Yığmamızdan bərabərə qaldı

18:41 - 27 May 2022

Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib.

Sportal.az xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində penaltidən Balamirzə Mehdizadə fərqlənib. 

Bu komandalar arasında iki gün əvvəl keçirilmiş oyun 3:0 hesabı ilə millimizin xeyrinə nəticələnmişdi.

Xəbər xətti