Maksim Medvedev: "Bilirdim ki, özümü pis hiss etsəm, oyunum daha da pisləşəcək"

22:36 - 27 May 2022

"Bu gün çox maraqlı final oyunu oldu. İki komanda da ən yaxşı oyununu nümayiş etdirməyə çalışırdı. Gördüyünüz kimi çox maraqlı oyun alındı. İmkanlarımız da var idi. Kobud səhvə yol verdim, bunu dərk edirəm".

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Maksim Medvedev deyib.

Ağdam klubunun futbolçusu ölkə kubokunun finalından sonra jurnalistlərə danışıb. O, matçla bağlı danışıb.

- 0:1 məğlub durumda olanda nə düşünürdünüz?
- Nə düşünəcəm? Artıq təcrübəliyəm və bilirdim ki, özümü pis hiss etsəm, oyunum daha da pisləşəcək. Çalışırdım ki, həmin epizodu unudum.

- Yəni ki, qələbəyə ümid var idi?
- Əlbəttə. Biz o komandayıq ki, son 3-4 oyunda ilk 20 dəqiqəyə üç qol vurmuşduq. İnanın mənə 80-cı dəqiqəyə də məğlub girsəydik, qol vuracağımıza inanmağa davam edəcəkdik. Düzdü, bu gün bəxtimiz də gətirmirdi. Dirək imkan vermədi, bir neçə qol epizodundan da yararlana bilmədik. Sonda penaltilərlə qalib gəldik. Qələbə qazandığımıza görə sevinirəm.

- Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcəksiz?
- Onu Allah bilir. Hər bir futbolçunun istəyidir ki, ÇL-də qrupda oynasın. Amma istəklə hər şey bitmir. Gərək çalışasan ki, bu da alınsın. 

Mirbağırağa

Xəbər xətti