"Neftçi" ilə oyun üçün İspaniyadan futbolçu gətirdilər

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris" daha bir futbolçu ilə anlaşıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Limassol klubu "Marbelya"dan Karlos Espositonu heyətinə qatıb. İspan hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

18 yaşlı forvard ötən mövsüm "Marbelya"nın B komandasında 26 oyunda 16 qol vurub. 

Tarix: 22 İyun [15:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio