"Qarabağ"ın "Lex"lə oyununun biletlərinin qiyməti məlum oldu

18:55 - 23 İyun 2022

"Qarabağ" Çempionlar Liqası I rəsnifat mərhələsində Polşanın "Lex" klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, bu komandalar arasında Poznan stadionunda baş tutacaq ilk oyunun biletlərinin qiyməti məlum olub. 27 iyun tarixində satışa çıxacaq biletlərin qiyməti uşaqlar üçün 30 zlot (11 mant), böyüklər üçün isə 32 zlotla (12 manat) 200 zlot (76 manat) arasındadır.

 

Qeyd edək ki, "Lex" - "Qarabağ" matçı 5 iyul tarixində Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Xəbər xətti