Millimizin keçmiş üzvü "Turan Tovuz"da

17:15 - 28 İyun 2022

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Şamaxı"dan ayrılan müdafiəçi Tərlan Quliyevlə müqavilə imzalanıb. Azərbaycan millisinin formasını geyinmiş futbolçu 1 illik sözləşməyə qol çəkib.

Tovuz klubu daha əvvəl Kamal Bayramovla Şəhriyar Əliyev (hər ikisi "Şamaxı") və Tərlan Əhmədlini ("Sumqayıt") heyətinə qatıb.

Xəbər xətti