"Neftçi" Türkiyəyə yollanır

12:41 - 29 İyun 2022

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Neftçi" ikinci mərhələ üçün Türkiyəyə yollanacaq. 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, taktiki və texniki çalışmalardan ibarət olacaq bu mərhələ iyulun 1-dən 15-dək Bolu bölgəsində təşkil olunacaq. Ayın 1-də qonşu ölkəyə yollanacaq komandanın üzvləri “The Sign Esentepe Hotel & Ski Center” otelində məskunlaşacaqlar. Flaqman orada 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunların günü və rəqiblər hələlik dəqiqləşməyib.

Toplanışın fiziki hazırlığa həsr olunan ilk mərhələsinə iyunun 17-də başlayan “ağ-qaralar” məşqləri “Türk Hava Yolları Futbol Mərkəzi”ndə davam etdirir.

“Neftçi” Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Aris” (Limassol) klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da Kiprdə, cavab görüşü isə bir həftə sonra saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

Xəbər xətti