"Qarabağ"ın yetirməsi bu kluba keçir

14:40 - 29 İyun 2022

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Turan Tovuz” növbəti transferə hazırlaşır.

Sportal.az saytına verilən məlumata görə, Tovuz klubu Eltun Turabovu da heyətinə qatacaq.

Komandanın baş məşqçisi Ayxan Abbasov 25 yaşlı futbolçunu sərəncamında görmək istəyir.

Dayaq yarımmüdafiəçisinin “Sumqayıt”la 1 illik müqavilə imzalayacağı gözlənilir.

"Qarabağ" yetirməsi olan Turabov "Xəzər"(Bakı), "Biliş"(Albaniya), "Sabah" klublarında oynayıb. 

Xəbər xətti