"Napoli"nin futbolçusu: "Atam Azərbaycanda çox yaxşı futbol oynayıb"

14:31 - 5 Avqust 2022

“Napoli” və Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliya İtaliya mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, “Gonfialarete.com”a açıqlama verən 21 yaşlı futbolçu atası Badrinin Azərbaycan millisinin sabiq forvardı olduğunu xatırladıb:

"Mən Gürcüstandan gəlmişəm. Kiçik olanda futbolu sevdiyim üçün həmişə futbol oynayırdım. 8 yaşımdan futbol oynamağa başladım, illər keçdikcə yalnız futbol haqda düşünürdüm. Bu mənim həyatımda ən vacib məsələyə çevrilmişdi. Atam Azərbaycanda çox yaxşı futbol oynayıb. Ancaq mən futbola atama görə deyil, özüm istədiyim üçün davam etdim. Heç kimin mənə bu barədə nəsə deməsinə ehtiyacım yox idi".

Xəbər xətti