"Qəbələ"nin 4 futbolçusu "Turan Tovuz"a qarşı oynamayacaq

13:57 - 8 Avqust 2022

“Qəbələ”nin dörd futbolçusu komandanın məşq prosesində iştirak etmir.

 

Sportal.az xəbər verir ki, Misli Premyer Liqasının I turunun “Turan Tovuz”la oyununun hazırlıq prosesində zədələnən Rüfət Əhmədov səfərə yollanan heyətdə yer almayıb. Urfan Abbasov, Gülağa Əsədov və Yaovi Akakpo isə proqram üzrə bərpa prosesini davam etdirirlər. 

 

Qeyd edək ki, "Turan Tovuz" - "Qəbələ" qarşılaşması bu gün saat 17:00-da baş tutacaq.

Xəbər xətti