Millimiz İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazandı

17:40 - 15 Avqust 2022

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

 

Sportal.az xəbər verir ki, yığmamız üçüncülük uğrunda görüşdə Kamerunla qarşılaşıb. Azərbaycan millisi ümumilikdə 3:0 (27:25, 25:13, 25:17) hesablı qələbə qazanıb və bürünc medala yiyələnib.

 

Qeyd edək ki, yarışın finalında Türkiyə və İran yığmaları üz-üzə gələcək.

Xəbər xətti