Miçel Qonsales: "70-ci dəqiqəyə kimi heç kim təxmin edə bilməzdi ki, hesab belə olacaq"

"Olimpiakos" Avropa Liqası qrup mərhələsinin üçüncü turunun oyununda doğma meydanda "Qarabağ"a 0:3 hesabı ilə məğlub olub. 

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Pirey təmsilçisinin baş məqşçisi Miçel Qonsales açıqlama verib:

 

"Oyunla bağlı bir planımız var idi. Həmin plan xeyli müddət davam etdi, yerinə yetirilirdi. Bu proses 70-ci dəqiqəyə kimi davam etdi. 70-ci dəqiqədən sonra rəqib qol vurdu və bundan sonra sistem axarından çıxdı. İlk qolun ardıyca fərdi səhv oldu, daha sonra ruh düşkünlüyü baş verdi. Bunların hamısı hesabın belə olmasına gətirib çıxardı. Amma 70-ci dəqiqəyə kimi heç kim təxmin edə bilməzdi ki, hesab belə olacaq".

Tarix: 7 Oktyabr [01:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 Noyabr 2022
29  Noyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio