Qara Qarayev: "Neftçi" hər zaman təhlükəli komandadır"

13:59 - 3 Dekabr 2022

"Qarabağ" Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Qara Qarayev "CBC Sport" kanalına açıqlama verib. 30 yaşlı futbolçu asan qələbə qazanmadıqlarını deyib:

 

"Oyunun əvvəlindən sona kimi inamımızı qoruduq. Bu, vacib idi. İlk hissədə bir neçə qol şansımız oldu, amma yararlana bilmədik. "Neftçi" ikinci hissədə daha öndə oynamağa başladı və boşluqlar verdi. Biz də bundan istifadə etdik. "Neftçi" hər zaman təhlükəli komandadır. Onlara hörmətlə yanaşırıq.

 

 

Asan qələbə qazandığımızı deməzdim. İlk hissənin sonunda Yusuf Lavalın dirəkdən dönən zərbəsi oldu. Amma ona kimi də bizim yararlana bilmədiyimiz vəziyyətlər var idi. "Neftçi" təslim olan komanda deyil. Bu gün onlarda alınmadı. Amma yaxşı komandaya qarşı oynadıq".

Xəbər xətti