Lionel Skaloni: "Rəqibin zəif cəhətlərini bilirik"

19:05 - 17 Dekabr 2022

Argentina milli komandası DÇ-2022-nin final matçında Fransa yığması ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, cənubi amerikalıların baş məşqçisi Lionel Skaloni matçdan öncə keçirilən mətbuat konfransında açıqlamalar verib. 44 yaşlı mütəxəssis rəqibi yaxşı təhlil etdiklərini deyib:

 

"İnsanların bayram edən və ya oyunu izləyən çoxlu şəkillərini gördüm. Biz də bundan kənarda deyilik, çox həyəcanlıyıq. Futbol idmandan daha çox şeydir. İnsanlar bu dünya çempionatı zamanı xoşbəxtdirlər və bu, bizim üçün gözəldir. 

 

Mbappe böyük oyunçulardan biridir, gəncdir və inkişaf etməyə davam edəcək. Tənqidlər məni heç vaxt narahat etməyib, bu normaldır. Necə oynayacağımıza artıq qərar vermişəm. Rəqibin zəif cəhətlərini bilirik".

 

Qeyd edək ki, Argentina - Fransa qarşılaşması sabah Bakı vaxtilə saat 19:00-da baş tutacaq.

Xəbər xətti