"Sumqayıt" İspaniyada oynamış hücumçu transfer etdi

18:57 - 24 Yanvar 2023

Dövrələrarası fasilədə heyətini Dieqo Karioka və Masaki Murata ilə gücləndirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq İsrailin “Bney Yehuda” klubunda çıxış edən qanalı hücumçu Karim Abubakarla 5 ay + 1 il şərti ilə müqavilə imzalanıb.

 

27 yaşlı hücumçu “Sumqayıt"ın heyətində “9” nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, Karim Abubakar karyerası ərzində “Medeama” (Qana), “Leqanes”, “Alkorkon”, “Valdivia”, “Don Benito”, “Algesiras”, “Yeklano Deportivo” (hamısı İspaniya), “Hapoel Akre” (İsrail) kimi klubların uğurları üçün çalışıb.

Xəbər xətti