"Mançester Yunayted" "İnter"lə futbolçularını dəyişdirəcək

13:46 - 19 Mart 2023

“Mançester Yunayted” “İnter”in müdafiəçisi Denzel Dumfrisi transfer etməkdə maraqlıdır.

Sportal.az “CalcioMercato”ya istinadən xəbər verir ki, İngiltərə klubu bu transferin qarşılığında Viktor Lindelofu qarşı tərəfə verməyə hazırdır.

Mançester təmsilçisi niderlandlını qış “transfer pəncərəsi” zamanı heyətinə qatmağa çalışsa da, maddi məsələlər buna mane olub.“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Denzeli sərəncamında görməkdə maraqlıdır.

Xəbər xətti