Avropa Liqası: Finalın ən yaxşısı bəlli oldu

10:08 - 1 İyun 2023

"Sevilya"ın qapıçısı Yasin Bono Avropa Liqasının final görüşünün ən yaxşı futbolçusu adına layiq görülüb.

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, mərakeşli qapıçı səsvermədə hamını qabaqlayıb. Bono penaltilər seriyasında "Roma"nın iki futbolçusunun zərbəsini dəf edərək "Sevilya"nın qələbəsində önəmli rol oynayıb. 

Adıçəkilən qolkiper bu mövsüm altı matçda iştirak edib və beş qol buraxıb.

Xatırladaq ki, "Sevilya" - "Roma" görüşünün 90 və 120 dəqiqəsi 1:1 hesabı ilə başa çatıb. Oyunsonrası penaltilərdə İspaniya təmsilçisi rəqibinə 4:1 qalib gəlib.

Xəbər xətti