"Qusar"dan "Kürmük Qax"a 7 qol - VİDEO

17:56 - 19 Mart 2024

Futbol üzrə Azərbaycan II Liqasında XVII tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Qusar" öz meydanında "Kürmük Qax"ı qəbul edib. Qarşılaşma simal bölgəsi təmsilçisinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 32-yə yüksəldən "Qusar" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 7 xalı olan "Kürmük Qax" isə 13-cü yerdədir.

"Qusar" - "Kürmük Qax" 7:1
Qollar: 
Firudin Ağalarov, 37, 60, Kazbek Qafarov, 38, Vüqar Əsrəfli, 54, Orxan Qurbanlı, 56, Firdocsi Kazımov, 88,  Aslan Hüseynov, 90 - Nail Təhməzli, 65

Xəbər xətti