Paytaxt klubunda yeni müqavilə

15:22 - 20 Mart 2024

“Arsenal” Takehiro Tomiyasu ilə müqavilə müddətini artırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. London təmsilçisi onu buraxmaq istəməyib.

Yeni müqaviləyə əsasən Tomiyasu 2026-cı ilin yayına kimi “Arsenal”da çıxış edəcək.

25 yaşlı futbolçu “Avispa Fukuoka”, “Sent-Trüden”, “Bolonya”da oynadıqdan sonra 2021-ci ildə “Arsenal”a keçib.

Xəbər xətti