"Mançester Siti" milli üzvünü satmaq istəyir

15:33 - 21 Mart 2024

"Mançester Siti" yeni oyunçular transfer edə bilmək üçün büdcə formalaşdırmaq istəyir.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bunun üçün bəzi oyunçularını satmağı planlaşdırır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Şəhərlilər"in satmaq istədiyi futbolçulardan biri Cek Qrilişdir. Klub rəhbərliyi yayda ingilis yarımmüdafiəçi üçün gələn təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, "Mançester Siti" Cek Qrilişi 2021-ci ilin yayında "Aston Villa"dan transfer edib. İngiltərə millisinin üzvü olan 28 yaşlı vinger bu mövsüm komandanın heyətində meydana çıxdığı 27 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun kkubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti