"İmişli" rəhbərliyi "Qarabağ"a müraciət edib.
Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, Hikmət Cəbrayılzadə ilə bağlı danışıqlar başlayıb.
Premyer Liqanın debütantı 18 yaşlı gənci icarəyə götürməyi qarşısına məqsəd qoyub.
Elitada ilk mövsümünü keçirən klubun yönətimi öz istəyi ilə qarşı tərəfi tanış edib - onlar yarımmüdafiəçi ilə 1,5 illik müqavilə bağlamaq niyyətindədir.
Ağdam təmsilçisi hələlik "İmişli"nin müraciətinə münasibət bildirməyib. Çünki Qurban Qurbanovun reaksiyasını gözləyirlər.
Hikmət 1 ildən artıqdır əsas komandanın sıralarındadır. Baş məşqçi ona həm Çempionlar Liqasının təsnifat mərhələsində, həm də Premyer Liqanın bəzi oyunlarında meydana çıxmaq imkanı yaradıb.
Ötən mövsümün 35-ci turunda, “Kəpəz”lə qarşılaşmada “Qarabağ”ın əsas komandasında debüt edən 18 yaşlı yarımmüdafiəçi Qurban Qurbanovun etimadını qazana bilmişdi.
Təcrübəli çalışdırıcı Hikmətin potensialına bələd olduğundan onu yay təlim-məşq toplanışına cəlb etmiş, Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin “Şkendiya” ilə Bakıdakı görüşündıə meydana buraxmışdı.
Daha sonra Premyer Liqanın 2-ci turunda “Sumqayıt”, 3-cü turunda “Karvan Yevlax”, 7-ci turunda “Kəpəz”lə oyunlarında əsas heyətdə şans forma geyinib.
“Qarabağ”ın U-19 komandasının heyətində 6 oyunun hamısında iştirak edib. Əsas komandada “Kopenhagen”, “Atletik Bilbao” və “Çelsi” ilə duellərdə adı iştirak ərizəsinə salınıb.
Demək ki, səbəb başqadır. Heyət yetərsiz olduğundan U-19-un ÇL oyunlarında meydana çıxır, adı UEFA-ya göndərildiyi üçün əsas komandanın ÇL oyunlarında ehtiyat oyunçular skamyasında yer alır.
2007-ci il təvəllüdlü orta sahə oyunçusu “Qarabağ”ın əsas komandasında 5 rəsmi matçda 223 dəqiqə meydanda olub.
saytlarin hazirlanmasi
