"Fənərbaxça"nın yarımmüdafiəçisi Fred ölkəsinə qayıda bilər.
Sportal.az xəbər verir ki, "Atletiko Mineyro" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə ESPN televiziyası məlumat yayıb.
Artıq klublar arasında Fred üçün ilkin danışıqlar başlayıb. İstanbul nəhəngi 33 yaşlı oyunçunu satmağın əleyhinə deyil. Bunun üçün onları qane edən məbləğ ödənilməlidir.
Qeyd edək ki, təcrübəli futbolçu cari mövsümdə "Fənərbaxça"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 45 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
