"Bavariya" Almaniya Kubokunu da qazandı - 21-ci dəfə

00:15 - 24 May 2026

Almaniya Bundesliqasında bu mövsüm çempion adına yiyələnən "Bavariya" ölkə kubokunun da sahibi olub.

Sportal.az xəbər verir ki, "Bavariya" 2020-ci ildən sonra ilk dəfə Almaniya Kubokunu qazanıb. Vinsent Kompaninin komandası finalda "Ştuttqart"ı 3:0 hesabı ilə darmadağın edib.

Münhen klubu tarixində 21-ci dəfə bu titulun sahibi olub ki, bu da Almaniyada ən yaxşı göstəricidir. Qələbə sayına görə ikinci yerdə 6 kubokla "Verder" qərarlaşıb.

Xəbər xətti