"Liverpul" klubu baş məşqçi vəzifəsinə Andoni İraolanı təyin edib.
Sportal.az xəbər verir ki, 43 yaşlı bask mütəxəssis bu postda Arne Slotu əvəzləyib və “qırmızılar”la müqavilə imzalayıb. Klub müqavilənin detalları barədə məlumat verməyib.
Andoni İraola 2023-cü ildən "Bornmut"a rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda Premyer Liqada müvafiq olaraq 12-ci, 9-cu və 6-cı yerləri tutub. O, daha əvvəl "AEK" (Larnaka), "Mirandes" və "Rayo Valyekano" komandalarını da çalışdırıb.
Futbolçu kimi isə İraola karyerasının böyük hissəsini "Atletik"də keçirib (2003–2015) və daha sonra "Nyu-York Siti"nin formasını geyinib.
Xatırladaq ki, “Liverpul” 2025/26 mövsümünü titulsuz başa vurub. Komanda Premyer Liqanı 5-ci pillədə bitirsə də, əlavə vəsiqə sayəsində UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
saytlarin hazirlanmasi
