“Qarabağ” Futbol Klubunun təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib.
Sportal.az xəbər verir ki, həlledici görüşlərdən sonra mükafatçılar müəyyənləşib.
Final matçında "İdman TV" üzərində 4:0 hesablı qələbə qazanan "J United" yarışın çempionu olub, qızıl medal və kubok əldə edib.
"İdman TV" turnirdə ikinci yeri tutub.
3-cü yer uğrunda oyunda "Xəzər" komandası "CBC Sport”u (8:2) üstələyərək bürünc mükafata yiyələnib.
5-ci yer uğrunda qarşılaşmada isə "Futbol+" kollektivi "Media 1875" üzərində qələbə qazanıb -4:1.
Matçlardan sonra təşkil olunan mükafatlandırma mərasimindən öncə “Qarabağ” Futbol Klubunun Baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel media nümayəndələrini salamlayıb, onları Milli Mətbuat günü münasibətilə təbrik edərək uğurlar arzulayıb.
O, ardıcıl ikinci dəfə təşkil olunan turnirin artıq ənənəyə çevrildiyini bildirib.
Mükafatları Emrah Çelikel, İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev, eləcə də “Qarabağ” Futbol Klubu Akademiyasının meneceri Nail Kərimov təqdim ediblər.
Xanımlar üçün təşkil olunmuş özəl müsabiqələrin qalibi olmuş idman jurnalistlərinə xüsusi hədiyyələr təqdim edilib.
Qeyd edək ki, turnirin ən sərrast oyunçusu adına layiq görülən "Xəzər" komandasının üzvü Xanoğlan İmanova fərdi kubok təqdim olunub.
Ən yaxşı oyunçu mükafatı və ən yaxşı qapıçı mükafatları isə "J United" komandasının üzvləri Kamran Quliyev və Murad Şirinova təqdim edilib.






saytlarin hazirlanmasi
