"Səbail"in Türkiyə klubu ilə oyununda kütləvi dava - VİDEO

14:48 - 20 Avqust 2026

"Səbail" Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Azərbaycan klubu Boluda "Sakaryaspor"la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı bərabərliklə başa çatıb.

"Medyabar" portalının məlumatına görə, gərgin keçən matçın ikinci hissəsində xoşagəlməz olay yaşanıb. Top uğrunda mübarizədən sonra "Səbail"in müdafiəçisi Kənan Quliyev rəqib futbolçunun boğazından yapışıb. Olaya digər oyunçular da qoşulduqdan sonra kütləvi dava yaranıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Xəbər xətti