Son vaxtlar Azərbaycan futbolunda yeni sponsorların gəlişini müşahidə edirik. Buna daha çox aşağı liqalarda rast gəlirik.
Bir neçə ildir ki, II Liqada mübarizə aparan, bütün aşağı yaş qrupları üzrə çempionatda təmsil olunan, uşaq futbolu istiqamətində də ciddi iş görən "Dinamo"ya sponsor marağı yoxdur. Sportal.az bu mövzu ilə bağlı klubun prezidenti Yaşar Seyidovun fikirlərini öyrənib:
"Dinamo"nu almaq istəyən iş adamı var idi. Amma konsepsiyalarına baxdıq, fikirləri ilə tanış olduq və satmamaq qərarına gəldik. Çünki futbola baxış istimaqətləri bizə əks idi.
Hal-hazırda "Dinamo"nun sponsoru yoxdur. Amma biz təcrübəyə əsaslanan, sistemli iş qurmuşuq. "Dinamo"nun heyətində əsasən öz akademiyamızın yetirmələri yer alırlar və onların əksəriyyətinə də əmək haqqı verilmir. Bizim üçün prioritet məsələ gənc futbolçuların həqiqi hərbi xidmətini "Dinamo"da keçə bilməsinə nail olmaqdır. Daxili İşlər Nazirliyi tərəfindən razılıq verilsə də, AFFA hələ ki şərtləri qarşılaya bilməyib. Lakin futbolçuların əsgərlik məsələsi İnkişaf Strategiyasında da qeyd olunub. Ümid edirik ki, yaxın zamanlarda həllini tapar".
saytlarin hazirlanmasi
