Ukraynalı vinger "Ayaks"da - RƏSMİ

17:07 - 27 Avqust 2026

Niderlandın "Ayaks" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Amsterdam nəhəngi "Jirona"dan Viktor Tsıqankovu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Ayaks" ukraynalı vinger üçün İspaniya klubuna 4 milyon avro təzminat ödəyib. 28 yaşlı futbolçu ilə 2029-cu ilin ilin 30 iyun tarixinə kimi nəzərdə tutukan müqavilə imzalanıb.

Qeyd edək ki, "Jirona" Viktor Tsıqankovu 2023-cü ilin yayında Kiyev "Dinamo"sundan 5 milyon avroya transfer etmişdi. Ukrayna millisinin üzvü 2025/26 mövsümündə La Liqada meydana çıxdığı 32 matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti