Futbol üzrə Türkiyə I Liqasında V turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Vanspor" doğma meydanda "Batman Petrolspor"u qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Ozan da bu matçın iştirakçısı olub. Görüşə start heyətində başlayan 28 yaşlı hücumameyilli yarımmüdafiəçi 66-cı dəqiqədə əvəzlənib.
5 turdan sonra 4 xal toplayan "Vanspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
