"Sabah" uduzdular, klub baş məşqçinin işinə son verdi

15:38 - 11 Noyabr 2026

"Trabzonspor" basketbol komandası baş məşqçisi Səlcuq Ernak postundan göndərib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Buna səbəb "Trabzonspor"un FIBA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda "Sabah"a 72:91 hesabı ilə məğlubiyyəti olub.

Klub rəhbərliyi uğursuz nəticələrdən sonra onunla yola davam etmək istəməyib.

Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının qrup mərhələsində ardıcıl iki qələbə qazanıb.

Xəbər xətti