Türkiyə milli komandasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Aral Şimşir sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
"Trabzonspor"da çıxış edən 24 yaşlı vinger zədə səbəbindən millinin düşərgəsini tərk edib. O, müalicə olunmaq üçün klubunun bazasına qayıdıb.
Qeyd edək ki, Türkiyə yığma komandası noyabrda UEFA Millətlər Liqasında iki oyun keçirəcək. "Ay-ulduzlular" ayın 12-də evdə Belçika ilə, bundan üç gün sonra isə səfərdə Fransa ilə qarşılaşacaqlar.
saytlarin hazirlanmasi

