Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasında sabah saat 23:45-də səfərdə Lixtenşteyn yığması ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Ayxan Abbasov matç haqda fikirlərini bildirib:
"Bu il UEFA Millətlər Liqasında sonuncu qarşılaşmamızı keçirəcəyik. Ardınca isə Andorra yığması ilə yoldaşlıq oyunumuz olacaq. Qrup liderliyini təmin etmək üçün Lixtenşteyn üzərində mütləq qələbə qazanmalıyıq. Rəqibin oyun üslubunu yaxşı tanıyırıq. Bakıda baş tutan görüşdə onlarla heç-heçə etmişdik. Bu dəfə doğma meydanda daha inamlı çıxış etməyə çalışacaqlar. Komandamız qarşılaşmaya tam hazırdır və futbolçular arasında əhval-ruhiyyə yüksəkdir. Premyer Liqada gərgin mübarizə davam edir, oyunçularımız da yaxşı formadadırlar. İnanıram ki, sabah meydandan istədiyimiz nəticə ilə ayrılacağıq".
saytlarin hazirlanmasi

