Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.
Lider "Qarabağ" öz meydanında autsayder "Səbail"i qəbul edib. Matç Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Misli Premyer Liqası, 22-ci tur
11 fevral
19:00. “Qarabağ” – “Səbail” 5:0
Qol: Yassin Benzia, 76 (pen), Leandro Andrade, 80, 85, Kadi Borges, 88, Nəriman Axundzadə, 90+3
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tofiq Bəhramov adına Respublika stadionu