“Qalatasaray”ın futbolçusu Matias Ross Yensen karyerasını Rusiyada davam etdirə bilər.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun xidmətində “Lokomotiv”(Moskva) maraqlıdır.
“Dəmiryolçular” danimarkalı müdafiəçi üçün “Qalatasaray”la danışıqlara start verib. Mövsümün sonunda transferin reallaşacağı gözlənilir.
Matias 2022-ci ildə “Olborq”dan “Qalatasaray”a keçib. O, “NEK Neymegen”də icarədə oynadıqdan sonra isə “Sparta”ya(Praqa) göndərilib. Rossun Praqa təmsilçisi ilə icarə müqaviləsi 2025-ci il iyunun 30-na, “Qalatasaray”la müqaviləsi isə 2026-cı il iyunun 30-na qədərdir.