2024-cü ildə Braziliyanın "Atletiko Paranaense" klubundan "Barselona"ya 40 milyon avroya transfer olunan Vitor Uqo Roke Ferreyra yenidən doğma ölkəsinə qayıdıb.
Sportal.az xəbər verir ki, "Barselona" hücümçunun "Palmeyras" klubuna transfer olunduğunu elan edib. Transfer məbləği 25,5 milyon avro təşkil edib və əlavə 5 milyon avro bonuslar nəzərdə tutulub. Onun "Palmeyras"la müqaviləsi 2029-cu ilin sonuna qədər qüvvədə olacaq.
20 yaşlı Roke karyerası ərzində "Kruzeyro" və "Atletiko Paranaense" klublarında da çıxış edib və perspektivli hücumçu kimi tanınıb. Onu da qeyd edək ki, "Barselona"nın heyətində braziliyalı futbolçu La Liqada 14 oyun keçirib və 2 qol vurub. 2024-cü ilin avqust ayında isə o, icarə əsasında "Betis" klubuna keçib və burada 22 oyunda 4 qol vurub. Onun "Palmeyras"a keçidi Avropa klublarından sonra Braziliya futboluna qayıdışını ifadə edir.
saytlarin hazirlanmasi