Bu gün Misli Premyer Liqasında XXV turun daha iki oyunu keçirilib
Sportal.az xəbər verir ki, günün ilk görüşü Tovuzda baş tutub. "Zirə" "Turan Tovuz”a qalib gəlib. Günün son matçı isə "Sabah" və "Araz-Naxçıvan" klubları arasında keçirilib. Görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Misli Premyer Liqası
XXV tur
17:30 “Turan Tovuz” – “Zirə” 0:2
Qol: Qismət Alıyev, 5 (pen), İssa Cibrilla, 56
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu
19:30. “Sabah” – “Araz-Naxçıvan” 2:2
Qol: Xəyal Əliyev 7, Sofian Çakla, 64 - B.Dias 11, Ülvi İsgəndərov, 72
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
VAR: Tural Qurbanov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Bank Respublika Arena”