"Milan"ı bu vəziyətdə görmək mənə çox ağrılıdır"

22:58 - 4 Mart 2025

Hazırda "Əl-Nəsr"də çalışan "Milan"ın keçmiş baş məşqçisi Stefano Pioli İtaliya klubunun hazırki vəziyyətindən təəssüfləndiyini bildirib.

Sportal.az xəbər verir ki, 2019/24-cü illərdə "Milan"da çalışan təcrübəli baş məşqçi bunları bildirib:

"Klubu bu vəziyyətdə görmək mənə çox ağrılıdır. Hazırda uzaqdayam, amma oyunçular və azarkeşlər üçün üzülürəm, çünki "Milan"da hər zaman sehrli və həyəcanverici bir şey baş verirdi. Ümid edirəm ki, bu enerji yenidən geri qayıdacaq"

Qeyd edək ki, "Milan" A Seriyasının turnir cədvəlində 27 turdan sonra 41 xal toplayaraq 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti