UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Qarabağ" səfərdə Kiyev "Dinamo"sunun qonağı olacaq.
Polşanın Lublin şəhərindəki "Motor Lublin Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı avqustun 13-də Bakıda baş tutacaq.
UEFA Konfrans Liqası, III təsnifat mərhələsi, ilk oyunlar
6 iyul
21:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" (Azərbaycan) 1:0 (İkinci hissə)
Qol: Ponomarenko, 10
Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skite, Yakob Karlsen (hamısı Danimarka)
VAR: Yakob Karlsen (Danimarka)
AVAR: Yens Maye (Danimarka)
