Kopa Amerika turnirində yarımfinalçılar məlum olub.

 

Sportal.az xəbər verir ki, 1/4 final mərhələsinin son matçında Uruqvay Peruyla qarşılaşıb. Oyunun əsas vaxtında hesab açılmayıb. Penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələn Peru yarımfinala yüksəlib.

 

Yarımfinal mərhələsində Braziliya Argentina ilə, Peru Çiliylə üz-üzə gələcək.

 

3 iyul

04:30 Braziliya - Argentina

 

4 iyul

04:30 Çili - Peru