Startda beş debüt, 26-cı ölkə

15:57 - 19 Avqust 2019

Premyer Liqanın ilk turunun “Səbail”lə səfər oyunu (0:1) beş futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, bunlar yerli oyunçular - Elvin Camalovla Cavid Hüseynov, legionerlər - Boyan Zoqoviç, Anastasios Papazoqlu və sonradan meydana daxil olan Soni Nordedir.

 

Bu “beşlik” ilk dəfə “Qartallar”ın heyətində rəsmi matça çıxıb. “ASCO Arena”dakı görüşədək 72 futbolçu Premyer Liqada “Zirə” forması geyinmişdisə, debütantlar bu rəqəmi 77-yə çatdırıblar.


Cavidlə Elvinin ilk oyuna çıxması ilə yerli futbolçuların sayı 39-a yüksəlibsə, legionerlər 38-ə qədər artıb. Boyan İqor İvanoviçdən sonra ikinci monteneqrolu, Soni isə Kervan Belfordan sonra ikinci haitili olub.

 

Anastasios isə “Zirə”nin tarixində ilk yunanıstanlıdır. Ellada təmsilçisi “Qartallar”ın heyətində legioneri çıxış edən 26-cı ölkədir. Bunadək 25 ölkənin futbolçuları "Zirə"də legioner kimi çıxış edib: Fransa - 4, Nigeriya, Serbiya - hər ikisi 3, Braziliya, Haiti, Monteneqro, Paraqvay, Rumıniya – hamısı 2, Albaniya,


Botsvana, Fil Dişi Sahili, Gürcüstan, Hollandiya, İspaniya, Kamerun, Şimali Makedoniya, Malavi, Mali, Mərkəzi Afrika Respublikası, Moldova, Portuqaliya, Qana, Salvador, Trinidad və Tobaqo, Ukrayna, Yunanıstan – hamısı 1.

Xəbər xətti