Kipr I Liqasında 6-cı turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan APOEL GSP stadionunda “Doxa”nı qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbə ilə yekunlaşıb.
20-ci dəqiqədə hesabı Linus Hallenius açıb. Matçda son nöqtəni 88-ci dəqiqə Andriya Pavloviç qoyub.
3 oyun keçirən Nikosiya klubu 9 xal toplayıb.
“Qarabağ” - APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cütün cavab görüşü noyabrın 7-də Nikosiyadakı GSP stadionunda reallaşacaq.
saytlarin hazirlanmasi