"Atletiko"nun futbolçusu koronavirusa yoluxdu

11:11 - 9 May 2020

"Atletiko"nun müdafiəçisi Renan Lodinin koronavirus testi müsbət çıxıb.

 

Sportal.az AS nəşrinə istinadla xəbər verir ki, braziliyalı futbolçuda mart ayında infeksiyanın simptomları var idi. Klub futbolçunun 2 həftəlik karantinə alındığını açıqlamışdı. 22 yaşlı oyunçunun son testində COVID-19 aşkarlanıb.

 

Renan 10 günlük karantinə alınıb və bu müddətdən sonra yenidən analiz verəcək.

Xəbər xətti