Əvvəlcə karantini pozdu, sonra ayağını qırdı

15:34 - 9 May 2020

"Real"ın hücumçusu Luka Yoviç sıradan çıxıb.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçu evdə məşq edərkən ayağını qırıb. Madrid təmsilçisi serb futbolçunun sağ ayaq topuğunda qırıq aşkarlandığını açıqlayıb.

 

"Real" Yoviçi 2019-cu ilin yayında "Ayntraxt"dan 60 milyon avroya transfer etmişdi. O, 24 oyunda 2 qol vurub.

 

Yoviç daha öncə sevgilisi Sofiya Miloşeviçin doğum gününü qeyd etmək üçün karantini pozaraq, İspaniyadan Serbiyaya yollanmışdı.

Xəbər xətti