Koronavirus pandemiyasına görə dayandırılan İspaniya La Liqası iyunun 12-də bərpa oluna bilər.
Sportal.az AS nəşrinə istinadla xəbər verir ki, La Liqa rəhbərliyi yarışı avqusta qədər tamamlamaq istəyir. Çempionatın bərpasının alternativ vaxtı iyunun 19-na təyin olunub.
Matçların cümə, şənbə və bazar günləri keçirilməsi planlaşdırılır.
Martda dayandırılan La Liqada 27 tur geridə qalıb. "Barselona" 58 xalla 1-ci, "Real" 56 xalla 2-cidir.
saytlarin hazirlanmasi