"Real" futbolçuların məvacibini ciddi şəkildə aşağı sala bilər.
Sportal.az AS nəşrinə istinadla xəbər verir ki, "kral klubu" məşqçi heyəti, əsas və 2-ci komanda üzvlərinin maaşlarını 30 faiz azaltmağı düşünür.
Bu qərar klub rəhbərlərinə də aid olacaq. 800-dən çox digər klub işçilərinin maaşı azalkmayacaq.
"Real" əsas komandanın üzvlərinə illik 283 milyon avro məvacib ödəyir. 30 faiz endirimlə Madrid klubu 85 milyon avroya qənaət edəcək. Məşqçilər və ikinci komanda üzvlərinin maaşının azalması ilə qənaət 100 milyon avroya yaxınlaşır.
"Real"da Serxio Ramos və Qaret Beylin illik maaşı 14,5 milyon avrodur. Maaş endirimdən ən çox bu futbolçu itirəcək. Onlar qərardan sonra 4,3 milyon avro itirəcək və hər biri illik 10 milyon avro qazanacaq.
saytlarin hazirlanmasi