"Barselona”nın sabiq prezidenti Xuan Laporta yenidən katalonların rəhbər postuna namizəd olmaq fikrindədir.
Sportal.az xəbər verir ki, o, prezident seçiləcəyi təqdirdə, Pep Qvardiolanı komandaya qaytarmağa çalışacağını söyləyib: "Onun geri qayıtmasını çox istəyirəm. Azarkeşlər də bunu arzulayır, əminəm. Hazırda "Mançester Siti"dədir və qərar ona bağlı olacaq".
Laporta komandanın keçmiş futbolçusu Xavinin "Barselona"nın baş məşqçisi ola biləcəyi barədə iddialara da münasibət bildirib:
"Xavi yaxşı məşqçidir. 2021-ci ildə Xavinin istədiyi futbolçular hələ komandada olacaq. Keçmiş komanda yoldaşlarının baş məşqçisi olmağa hazır olduğunu düşünməlidir, bu, asan iş deyil".
Laporta 2008-ci ildə "Barselona"nın baş məşqçi postunu Pep Qvardiolaya tapşırmışdı. Komanda ispan mütəxəssisin rəhbərliyi ilə 4 ildə 2 dəfə Çempionlar Liqasını, 3 dəfə İspaniya La Liqasını qazanmışdı.
saytlarin hazirlanmasi