Azərbaycan Premyer Liqasının 14-cü turunda keçiriləcək "Keşlə" - "Sumqayıt" oyununun hakim təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, matç Əliyar Ağayevə həvalə olunub. Ona Akif Əmirəli və Zeynal Zeynalov köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək.
22 yanvar (cümə)
16:00 “Keşlə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
ASK Arena.